Rəssamlarımız

Altay Sadıqzadə

Rəssam

1951-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycanın aparıcı sənətçisi, kurator, dizayner və incəsənət təbliğatçısı kimi Altay Sadıqzadənin Azərbaycan müasir incəsənət səhnəsinə əsaslı təsiri olub. Öz peşəsinə Sovet İttifaqında gənc rəssam kimi başlayaraq, həm Moskvadakı Surikov Dövlət Akademik İncəsənət İnstitutunun rəssamlıq fakültəsində, həm də Əzimzadə adına Dövlət Rəssamlıq Kollecində təhsil al

Fərqli yönlərdə çalışmağına baxmayaraq, Altay Sadıqzadə xüsusən konseptual və özünəməxsus estetikası ilə qovuşdurduğu rəssamlıq və heykəltəraşlığına görə tanınır.

ıb. Azərbaycan Sənətçilər Birliyinin və Bakı İncəsənət Mərkəzinin üzvü olan Sadıqzadə Fransa, ABŞ, Türkiyə, Almaniya, İtaliya, Böyük Britaniya, Avstriya və Rusiyada çoxsaylı qrup sərgilərində iştirak edib, İstanbul və Pekindəki solo sərgiləri ilə yanaşı, həm də ABŞ, Fransa və Azərbaycan da daxil olmaqla dünyanın dörd bir yanında solo sərgilər keçirib. Onun işləri Azərbaycan, Belçika, Almaniya, Fransa, İran, İsrail, Norveç, Rusiya, İspaniya, İsveçrə, Türkiyə, Birləşmiş Krallıq və ABŞ-da institusional və şəxsi kolleksiyalarda saxlanılır. 2007-ci ildə o, Parisin Pompidou Mərkəzindəki Flammarion Kitab Mağazası Mərkəzində öz işlərindən ibarət “Rəsm və Eskiz” adlı monoqrafiyasını təqdim edib. Bakıda o, hələ 2008-2009-cu illərdə başlanğıcı qoyulan dizayn etdiyi Müasir İncəsənət Muzeyinin (MİM) direktorudur. 2011-ci ildə onun işi Venesiya Bienalında Azərbaycan Milli Pavilyonuna daxil edilmişdir. O, MİM-dəki kurator fəaliyyəti ilə yanaşı, geniş şəkildə işlərini sərgiləməyə davam edir. Öz işlərində o, gündəlik həyatın sürreal təsvirlərini yaradır, şkaladan yumorunu vurğulamaq üçün istifadə edir. Onun işləri optimizmlə doludur, heykəlləri və instalyasiyaları isə, izləyiciləri onun daxili dünyasına dəvət edir. Altay Sadıqzadə çoxsaylı səyahətlərindən ilhamlanır və onun işləri müxtəlif coğrafiyaları, habelə fərqli incəsənət hərəkatlarından olan təsirlənmələrini ehtiva edir, hansı ki, bütün bunlar ona öz yeni vizual dilini formalaşdırmağa kömək edir. Heykəltəraşlıq işlərində o, öz abstrakt fiqurlarını 3 ölçülü etmək üçün metal kimi materiallardan istifadə edir, konseptual işinə dərinlik qatır. 2011-ci ildə Azərbaycan Milli Pavilyonuna etdiyi qatqısı daha sakit rəsmlərin kolleksiyasından ibarət idi. Burada o, sürreal mənzərələrin axtarışına davam edir, amma bu dəfə onları mavi, qara və bozun boğuq və pərişan çalarlarında axtararaq, işlərin yuxuyabənzər tərəfini vurğulayır. Dünyanın dörd bir yerində işlərini sərgiləmiş Sadıqzadənin işlərini seyr etmək üçün Azərbaycanda ən yaxşı yer MİM-dir, burada onun işi Azərbaycanın müasir incəsənət tarixi hekayəsini birləşdirən ip rolunu oynayır. Onun, həmçinin İçərişəhərdə “Mayak 13” adlı kafesi mövcuddur, burada onun heykəltəraşlıq işləri və dəniz kənarından ilhamlanmış şıltaq rəsmləri yer alır. Kurator olaraq o, Bakı MİM-inin kolleksiyasını formalaşdıraraq 20-ci əsr Azərbaycan incəsənətinin ən önəmli nümunələrini burada nümayiş etdirir, həmçinin kolleksiyaya yeni işlər əlavə edərək onu ən müasir dövrlə ayaqlaşabilən vəziyyətdə saxlayır və Azərbaycan incəsənət icmasının geniş istedadını şöhrətləndirir. Fərdi sərgiləri: 2011 “22HX”, Müasir İncəsənət Muzeyi, Bakı 2007 “Boyakarlıq və eskizlər” kitabının təqdimat mərasimi, Flammarion Centre Kitabxanası, Pompidu Mərkəzi, Paris 2007“Bindalli Sanat Evi” Xuma Kabakçı kolleksiyası, İstanbul 2005 «QGallery», Bakı, Azərbaycan 2003 “Spiller – Vincenty Gallery” Ceksonvill, ABŞ 2002 Beynəlxalq İncəsənət Qalereyası, Pekin, ÇXR 2001 «QGallery», Bakı, Azərbaycan 2000 “Humay” Azərbaycan Mədəniyyət Mərkəzi, London, Böyük Britaniya 1999 Pedestrian Gallery Müasir İncəsənət qalereyası, Ceksonvill, ABŞ 1999 Dövlət Təsviri İncəsənət Muzeyi, Bakı, Azərbaycan 1999 Van Droff qalereyası, Ceksonvill, ABŞ 1995 Bakı İncəsənət Mərkəzi, Bakı, Azərbaycan 1994 Le Palais des Papes of Avignon, Fransa 1994 Bakı İncəsənət Mərkəzi, Bakı, Azərbaycan 1994 L’Orangeraie Gallery, Saint Paul de Vence, Fransa 1993 Le Palais des Papes of Avignon, Fransa 1993 Səttar Bəhlulzadə adına sərgi salonu, Bakı, Azərbaycan 1992 Galerie L’Orangeraie, Saint Paul de Vence, Fransa 1988 Bakı İncəsənət Mərkəzi, Bakı, Azərbaycan 1981 Beynəlxalq Simpozium, Poçitel, Yuqoslaviya Birgə sərgiləri 2012 “Fly to Baku. Contemporary art from Azerbaijan”, Phillips de Pury & Company, London, Böyük Britaniya 2011 "Müasir Azərbaycan İncəsənəti, Odlar Yurdu", Hotel d’Evreux, Paris, Fransa 2011 Palazzo Benzon, 54-cü Venetsiya Biennalı, Venetsiya, İtaliya 2010 “Uçuşlara tamaşa edənlər», kurator və iştirakçı, Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan 2004 “Istanbul Art” - Müasir incəsənətin beynəlxalq ekspozisiyası, İstanbul 2004 “Premier”Art qalereyası, İstanbul 2003 “Grands et Jeunes d’aujourd’hui”, 43-cü salon, Espace Auteuil, Paris 1999 Müasir İncəsənət Muzeyi, Ceksonvill, ABŞ 1990 Galerie L’Orangeraie, Saint Paul de Vence, Fransa 1977 Ümumittifaq Sərgisi, Manej Mərkəzi Sərgi Zalı, Moskva, Rusiya O, 1979-cu ildə SSRİ Rəssamlar İttifaqının, 1988-ci ildən isə Bakı Rəssamlıq Mərkəzinin üzvüdür. Onun əl işləri Azərbaycanın, Almaniyanın, Fransanın, Amerikanın, Böyük Britaniyanın, Belçikanın, İspaniyanın, Rusiyanın, Norveçin, Türkiyənin, İranın, İsveçrənin, İsrailin dövlət muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Bakıdakı Müasir İncəsənət Muzeyinin memar layihəsi, dizaynı və bədii konsepsiyası məhz ona məxsusdur.