Rəssamlarımız

İnna Kostina

Rəssam

1962-ci ildə Bakı şəhərində anadan olmuşdur İnna Kostina 1984-cü ildə “1905–ci il Xatirəsinə” Moskva İncəsənət Texnikumunun rəngkarlıq fakültəsini bitirib. 1984-1989 – cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda bədii film və televiziya üzrə quruluşçu rəssam ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq və kino kafedrasında dərs deyir. Hazırda Az

İnna Kostina fərqli üslubu ilə tanınır. Həmçinin rəssam “batik” texnikası ilə ipək üzərində rəsm işləyən dünyaca məşhur rəssamlardan biridir

ərbaycan Rəssamlar İttifaqı və Respublika Kinematoqrafçılar İttifaqının üzvüdür. Bununla yanaşı, bir sıra yerli və beynəlxalq müsabiqələrin laureatıdır və 250–dən artıq müxtəlif sərgilərin iştirakçısıdır. İnna Kostina fərqli üslubu ilə tanınır. Həmçinin rəssam “batik” texnikası ilə ipək üzərində rəsm işləyən dünyaca məşhur rəssamlardan biridir. 1987–ci ildən başlayaraq rəssamın əsərləri İtaliya, Norveç və Almaniya kimi dünyanın 30 – dan çox ölkəsində müxtəlif muzey və qalereyalarda nümayiş olunur. Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, Tomsk Vilayət İncəsənət Muzeyində, Gürcüstanda “Old Gallery” və Karvasla Muzey Mərkəzində, Italiyada “IL Leone ” İncəsənət Mərkəzində, həmçinin Azərbaycanda və dünyanın 25-dək ölkəsində şəxsi kolleksiyalarda saxlanılır. İnna Kostinanın ən maraqlı mükafatlarından biri “IL Leone” incəsənət mərkəzində keçirilən fərdi sərgisində aldığı “Mükafat Roma – 2010” olub. Rəssam 1995–ci ildən istedadlı uşaqlar üçün təşkil olunmuş “7 əlvan kəpənək” adlı studiyaya rəhbərlik edir. İnna Kostina 1996–cı ildən Norveçin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Şəkidə keçirilən “Kağız 1”, “Kağız 2” incəsənət simpoziumlarının direktor –koordinatorudur. Keçirilən simpoziumlarının yaradıclıq fəaliyyətini stimullaşdırmaqla yanaşı, dünya miqyasında Azərbaycan incəsənət xadimlərinin şöhrətini artırmağa xidmət edir. 2019 - fərdi sərgi, Milli Xalça Muzeyi, Bakı, Azərbaycan 2018 - “Viva La Vida...’’, fərdi sərgi, QGallery, Bakı, Azərbaycan 2017 - SOLO SHOW, SOLO SHOW, fərdi sərgi, Milli İncəsənət Muzeyi, Bakı, Azərbaycan 2017 - Təsədüf, fərdi sərgi, Milli Xalça Muzeyi, Bakı, Azərbaycan 2016 - “It’s hot, Gagash...’’, fərdi sərgi, Museum of Modern Art, Bakı, Azərbaycan 2015 - “ANIMA’’, fərdi sərgi, Museum of Modern Art, Bakı, Azərbaycan 2014 - “Line and Color’’, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Bakı, Azərbaycan 2014 - “Different’’, (twin), Gallery 144, Tbilisi, Gürcüstan 2013 - “Gilavar’’, showroom, Kempinski, Bakı, Azərbaycan 2012 - “The Dreams of Heaven’’ Azərbaycan Dövlət İncəsənət Muzeyi, Bakı, Azərbaycan 2011 - “The Dreams of Heaven’’ art gallery, Bakı, Azərbaycan 2010 - “Colours of the Orient, Between Dreams and Reality’’, Bakı, Azərbaycan 2010 - IL Leone. Centro Artisctico Culturale, Roma, İtaliya 2010 - Artfoglio qalereyası, Almatı, Qazaxıstan 2008 - Art Group qalereyası, Bakı, Azərbaycan 2007 - “Simurg’’ Art Group qalereyası, Bakı, Azərbaycan 2006 - Art Salon qalereyası, Bakı, Azərbaycan 2006 - Amare qalereyası, Stavanger, Norveç 2005 - “Simurg’’ Layihəsi. Adger Kunstnersenter, Kristiansand, Norveç 2005 - “Simurg’’ Layihəsi. Kunstnersenter, Stavanger, Norveç 2005 - RADISSON SAS hotel, Bakı, Azərbaycan 2003 - QGallery, Silk and Gold sərgisi, Bakı, Azərbaycan 2002 - Mercy Corps, Bakı, Azərbaycan 2002 - Kapuçins monastırının Mədəniyyət Mərkəzi, Cochem, Almaniya 2002 - Old Gallery, Tbilisi, Gürcüstan 2002-2001 - “Giudice’’ qalereyası, Chianciano Terme, İtaliya 2001 - Art Gallery, Salerno, İtaliya 1996 - V. Səmədova adına sərgi salonu, UAA, Bakı, Azərbaycan Azərbaycanda və xaricdə 250-dən çox qrup sərgisində iştirak etmişdir.

İnna Kostina - Rəsmlər

Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, Tomsk Vilayət İncəsənət Muzeyində, Gürcüstanda “Old Gallery” və Karvasla Muzey Mərkəzində, Italiyada “IL Leone ” İncəsənət Mərkəzində, həmçinin Azərbaycanda və dünyanın 25-dək ölkəsində şəxsi kolleksiyalarda saxlanılır.