Rəssamlarımız

Şamo Abasov

Rəssam

1956-cı ildə Cəbrayıl rayonunda anadan olub 1970-1974- cü illərdə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil alıb 1978-1984-cü illərdə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alıb, Leninqrad, Rusiya 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür 1986-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür 1989-cu il I dərəcəli diplom, Azərbaycan Rəssamlar İttifaqı 19

Şamo Abasov Azərbaycan milli koloritinin özünəməxsusluğunu incələnmiş obrazlarda və komik vəziyyətlərdə təəccübləndirici dərəcədə dəqiq və dərindən anlamışdır. Onun qəhrəmanlarının bir-birinə olan münasibətində Abşeronun və bu heyrətamiz yarımadanın məskunları olan insanların hədsiz dərəcədə tanış olan obrazları oxunur. Onun rəsmlərində hətta nar ağacının altındakı ənənəvi Bakı ziyafəti həyatın qısa müddətliliyini yox sevinc dolu anları duyğusunu çatdırır və anlayırsan ki, dünyəvi varlığımızda müəyyən qayğısızlıq duyğusu olmadan mövcudiyyətin bu dərəcədə inanılmaz yüngüllüyünə çatmaq mümkünsüzdür.

96-cı il Azərbaycan Mədəniyyət Nazirliyinin ikinci mükafatı Sərgilər 2017 – “Narlar və uca dağlar” Azərbaycan rəssamlarının sərgisi, “Kunstation Kleinsassen”Qalereyası, Almaniya 2015 - Fərdi sərgi, Azərbaycan Mədəniyyət Mərkəzi, Vyana, Avstriya 2014 – Fərdi sərgi, “Berlin-Bakı“ Qalereyası (GBB), Berlin, Almaniya 2005 – “Kişi və qadın“, birgə sərgi, Səttar Bəhlulzadə adına Sərgi Salonu, Bakı, Azərbaycan 2003 - "Noyabr salonu" sərgisi, “Qalereya Vladislav Marzik“, Kralevo, Serbiya 2000 – Fərdi sərgi, “Mercy Corps International“ sərgi zalı, Bakı, Azərbaycan 1996 – “Novruz“ beynəlxaq sərgi, Ankara, Türkiyə 1991 - Bakı İncəsənət Mərkəzinin sərgisi, BƏƏ-nin Mədəniyyət mərkəzi, BƏƏ, Abu-Dabi 1990 - Bakı İncəsənət Mərkəzinin sərgisi, “Riqas Modes“ Qalereyası, Latviya 1990 - SSRİ və ADR gənc rəssamlarının sərgisi, Erfurt, Almaniya 1989 - Bakı İncəsənət Mərkəzinin sərgisi, Avinyon, Fransa 1989 - XIII Beynəlxaq keramika simpoziumu, Praqa, Çexoslovakiya 1986 - SSRİ gənc rəssamlarının sərgisi, Maney, Moskva, Rusiya 1985 - XLIII Beynəlxalq Keramika Müsabiqəsi, Faenza, İtaliya 1983 - Leninqrad rəssamlarının payız sərgisi, Manej, Moskva, Rusiya Şamo Abasovun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi; Azərbaycan Milli Rəsm Qalereyası, Rusiya Mədəniyyət Nazirliyi; Dövlət Tretyakov Qalereyası; "РОСИЗО" Dövlət Muzey-Sərgi Mərkəzi, Rusiya; Sankt-Peterburqda Ştiqlis adına Tətbiqi İncəsənət Muzeyi; Cənubi Bohemiya Qalereyası, Çexiya; Azərbaycanın ABŞ səfirliyi; xarici şəxsi qalereya və kolleksiyalarda saxlanılır. Şamo Abasov 7 may 2014-cü ildə Bakıda vəfat etmişdir.

Şamo Abasov - Rəsmlər

Rəssam Şamo Abasovun fantaziyalar dünyasına düşdükdə, istəmədən özünü sənin özünü xatırladan nağıl personajlarının yaşadığı məchul və gözəl bir planetdə hiss edirsən.