Qalereya

Londonda “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi

2012-ci il yanvarın 17-də Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə Londonun məşhur “Phillips de Pury & Company” sərgi qalereyasında “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. Sərgidə 21 müəllifin boyakarlıq, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video janrlarında bir-birindən maraqlı əsərləri təqdim edilib. Sərgi yanvarın 17-dən 29-dək davam edib. Layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.