Qalereya

Berlində “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi

2012-ci il noyabrın 3-də Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin və “Baku international” jurnalının birgə təşkilatçılığı ilə Berlinin “Collectors room” sərgi mərkəzində “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Almaniyanın nüfuzlu şəxsləri, ictimai xadimləri, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən qonaqlar iştirak ediblər. Sərgidə Azərbaycanın müasir incəsənətinin bütün istiqamətlərinə aid 21 rəssamın 94 işi nümayiş etdirilib. Sərgi noyabrın 3-dən 17-dək davam edib.