Qalereya

Vyanada “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi

2013-cü il mayın 14-də Vyanada Heydər Əliyev Fondunun, “Baku” jurnalının və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Vyana İncəsənət Tarixi muzeyində “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışı olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Sərgidə Azərbaycanın 21 tanınmış gənc rəssamının boyakarlıq, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video janrlarında 100-dən çox əsəri təqdim olunub. Sərgi mayın 26-dək davam edib.